bookmate game
az

Rolf Dobelli

  • osipovamvje citiraoprije 2 godine
    Yüksək fəallıq effektİ

    Gözləmə və bekar olma nəyə görə darıxdırıcıdır

    Penalti vuran futbolçu topların üçdəbirini qapının mərkəzinə, üçdəbirini sağ küncə, üçdəbirini isə sol küncə yönəldir. Lakin qapıçılar vurulan topların yarısında sol küncə, yarısında isə sağ küncə atılırlar. Zərbələrin üçdəbirinin qapının mərkəzinə yönəlməsinə baxmayaraq, onlar nadir hallarda yerlərində qalırlar. Qapıçılar nəyə görə belə hərəkət edirlər? Çünki yanlış tərəfə atılmaq yerində donub qalmaqdan, topun sağdan və soldan qapıya şığımasını kortəbii izləməkdən daha effektli görünür və qapıçı bundan heç bir ağrı hiss etmir. Buna “yüksək fəallıq” deyilir: yəni nəticə olmasa belə fəallığını göstər.

    Bu futbol tədqiqatlarını israilli mütəxəssis Bar Eli aparmışdı. Yüksək fəallıq hissinə təkcə qapıçılar məruz qalmırlar. Gecə klubunun həyəti qarşısında cavanlar bir-birinə çığırır, vəhşi jestlər və hərəkətlər edirlər. Vəziyyət az qala dava-dalaşa gətirib çıxarır. Gənc polislər xidmətdə daha çox təcrübəsi olan peşə yoldaşının müşayiəti zamanı öz yaxalarını geriyə çəkir, vəziyyəti kənardan müşahidə edir və ilk zərər çəkən ortaya çıxan kimi dərhal işə girişirlər. Əgər burada təcrübəli polislər yoxdursa, vəziyyət başqa cür görsənir: gənc, ictimai asayişi qoruyan həvəsli polislər yüksək fəallıq sindromuna məruz qaldıqları üçün dərhal işə qarışırlar. Böyük Britaniyada qeydə alınmış bu tədqiqat göstərir ki, polislərin işə gec qarışması zamanı daha az, polislərin işə dərhal müdaxilə etdikləri hallarda isə daha çox zərərçəkən olur. Yüksək fəallıq o zaman ortaya çıxır ki, vəziyyət ya yenidir, ya da aydın deyil.

    Bir çox sərmayəçilərdə də işlər gecə klubunun qarşısına toplaşan təcrübəsiz polislərdə olduğu kimidir. Onlar hələ birjada baş verən fəaliyyəti tam dəyərləndirə bilmirlər və bu sayaq hiperfəallıq göstərirlər. Təbii ki, bu, heç bir nəticə vermir. Uorren Baffet bunu belə formulə edir: “Sərmayə qoyma zamanı fəallıq məhsuldarlıqla üst-üstə düşmür”.

    Yüksək fəallıq ən təhsilli adamların çevrələrində də ortaya çıxır. Həkim qarşısındakı xəstənin ağrılarının mənbəyinin məlum olmadığını hiss edir. Seçim qarşısında qalan həkim müalicəyə girişməsini və ya təxirə salmasını, dərman yazmasını, yaxud hələ gözləməsini bilmədən, fəallıq variantını seçir. Şübhəsiz ki, o bunu maddi maraqlarına görə edir və onları məhz yüksək fəallıq hərəkətə gətirir.

    İnsanın yüksək fəallığı təkamüllə xarakterizə olunur. Bizim ulu babalarımız olan ovçular və yığıcılar üçün uzun müddət fikirləşməkdənsə, fəallıq son dərəcə vacib idi. Sağ qalmaq üçün ildırım sürətli reaksiya tələb olunurdu. Uzun müddət düşünmə isə ölümə səbəb ola bilərdi. Əgər bizim əcdadlarımız meşənin kənarında qılınc dişli pələngə oxşayan bir canlı görərdilərsə, daş üstündə dərin taksomanik fikirlərə cummuş filosof pozasında çöküb qalmır, dərhal var gücləri ilə qaçmağa başlayırdılar. Biz isə həmin insanların nəslindənik. Əlbəttə ki, müasir dünyada təfəkkür və düşüncə fəaliyyətdən üstünlük təşkil edir. Lakin bu prioritetlərdən istifadə etməyə, onlardan vaxtında yararlanmağa çətinliklə nail oluruq. Əgər siz uzun müddət hərəkətsiz vəziyyətdə firmanın, dövlətin və bəşəriyyətin rifahı üçün tam düzgün qərarlar qəbul edirsinizsə, buna görə siz nə fəxri ad, nə medal, nə də ki, adınızı daşıyan büst əldə edəcəksiniz. Əgər, əksinə, sürətli hərəkətlərlə qətiyyət nümayiş etdirir və vəziyyətin yaxşılaşdırılmasına (təsadüfən olsa belə) nail olursunuzsa, onda sizin mərkəzi meydanda təntənə ilə təbrik etmə, yaxud da ən azından ilin adamı seçilmək kimi yaxşı şanslarınız ortaya çıxacaqdır. Cəmiyyət rasional gözləmədənsə, düşünülməmiş fəallığa və hərəkətliliyə üstünlük verir.

    Nəticə: qərarın məqsədə uyğun olub-olmamasından asılı olmayaraq, qeyri-müəyyən hallarda bizi impulsumuz hansısa hərəkətləri etməyə vadar edir. Başqa sözlərlə, biz daha tez-tez və daha cəld hərəkət edirik. Ona görə də əgər vəziyyət aydın deyildirsə, qərarı daha yaxşı qiymətləndirməmiş, heç bir əlavə hərəkət etməyin. Paskal Blez yazırdı: “İnsanların bütün bədbəxtliyi ondadır ki, onlar öz otaqlarında sakit qala bilmirlər”.
  • osipovamvje citiraoprije 2 godine
    Dİskauntun hİperbolİk səvİyyəsİ
  • b3085032455je citiraoprije 2 godine
    et­­məmişdim (xalq təsərrüfatı fakültəsini bitirib sa­hibkarlıqla məş­ğul olurdum), buna baxmayaraq, iki romanımı nəşr etdirmişdim. Bu isə necə de­yər­lər, bəs edirdi.
  • Togrul Rustamovje citiraoprije 2 godine
    Overconfidence”, yəni özünə yüksək inam
  • Togrul Rustamovje citiraoprije 2 godine
    Həmişə bütün planlarınızda pessimist ssenaridən çıxış edin (yəni işin pis tə­rə­fini düşünün, xeyiri həmişə sizindir).
  • Togrul Rustamovje citiraoprije 2 godine
    Əgər 50 milyon insan ağılsız hə­rəkətləri təkrar edərsə, o heç vaxt həqiqətə çev­ril­mə­yəcək”
  • b9660751308je citiraoprije 2 godine
    məhz onların dramatikliyinə reaksiya verməyə vərdiş edib.
  • b9660751308je citiraoprije 2 godine
    Beyin hadisələrin statistik qiymətləndirilməsinə deyil,

    məhz onların dramatikliyinə reaksiya verməyə vərdiş edib.

  • b9660751308je citiraoprije 2 godine
    Yaxşılaşmaqdan öncə, daha da pisləşmək tə­lə­sini “confirmation bias” (yəni öz inamlarını yanlış təsdiq etmənin) oyun variantıdır. Öz işindən heç bir xəbəri olmayan
  • osipovamvje citiraoprije 2 godine
    Koqnİtİv dİssonans

    (Fərdin psixi diskomfort vəziyyəti)

    Kiçik yalanların köməyilə biz özümüzü

    necə sakitləşdiririk

    Məntiqi yanlışlıq üçün ən geniş yayılmış bariz mi­sallardan biri Ezopun “Tülkü balası və üzüm” təmsili ola bilər. Ac tülkü yetişmiş gilələri olan üzüm salxımını görüb ağaca çıxmaq istədi, lakin bacarmadı. Kor-peşman çıxıb gedəndə öz-özünə dedi: “Salxımlar hələ yetişməyib!”

    İnsanlar da belədir. Bir çoxları qabiliyyətlərinin ol­maması ucbatından müvəffəqiyyət əldə et­mə­yən­də şəraiti və vəziyyəti təqsirləndirirlər.

    Tülkünün başına gələn bu xoşagəlməz təzadı (dissonans) üç üsulla yüngülləşdirmək olar: a) o, üzüm salxımına başqa üsullarla çıxmağa cəhd edə bilərdi; b) o bunun üçün kifayət qədər qa­biliy­yətinin olmamasını etiraf edə bilərdi; c) o, işə mü­na­sibətinə yenidən baxa bilərdi.

    Axırıncı halda söhbət koqnitiv dissonansın (mən­tiqi ziddiyyətin) həll edilməsindən gedir.

    Sadə bir misal çəkək. Tutaq ki, siz özünüzə avtomobil almısınız və tezliklə etdiyiniz seçimdən peşman olursunuz: maşının mühərriki səs eləyir, oturacaqlar rahat deyil və s. Bəs seçiminiz nə olacaq? Siz maşını ona görə qaytarmırsınız ki, bu səriştəsizliyinizin əyani sübutu ola bilərdi. Bundan başqa satıcının özü də maşını satdığı qiymətə geri götürməyəcəkdi. Belə olanda siz özünüzə təlqin edəcəksiniz ki, səs-küylü mühərrik və narahat oturacaqlar sizin sükan arxasında yatmamağınız üçün xüsusi olaraq təyin olunub, deməli, çox etibarlı bir maşın almısınız. Siz yenidən öz seçiminizdən razı qalacaqsınız.
fb2epub
Povucite i ispustite datoteke (ne više od 5 odjednom)