bookmate game
az
Çarlz Dikkens

Oliver Tvistin macəraları

Obavijesti me kada knjiga bude uvrštena
Da biste čitali ovu knjigu u Bookmate učitajte datoteku EPUB ili FB2. Kako mogu učitati knjigu?
  • Günəş Məmmədovaje citiraoprije 3 godine
    hətta “uzun zaman” mənasında başa düşülsün. Belə bir yolu seçməyə mənim tutarlı dəlillərim var idi. Oğrular haqqında onlarca kitab oxumuşdum və görürdüm ki, bunlar qəşəng (çoxu da gülərüz) uşaqlardır, əla geyinirlər, cibləri həmişə pulla doludur, yaxşı at seçməkdə ustadırlar, özlərinə çox güvənirlər, eşqbazlıqda çox incə tərpənir və həmişə də qalib gəlirlər, mahnı oxumaqda, içki içməkdə, kart oynamaqda və ya zər atmaqda mahirdirlər – bir sözlə, bunların cəmiyyəti elə görünür ki, ən ləyaqətli adamlara da yaraşar. Amma heç yerdə (Hoqart istisna olmaqla)1 görməmişəm ki, bir adam həmin oğruların həyatının iç üzünü, acınacaqlı həqiqətini açıb göstərsin. Mənə elə gəlirdi ki, bu canilər dəstəsinin əsil üzvlərini təsvir etmək, onları bütün eybəcərliyi, iyrəncliyi ilə birlikdə qələmə alıb göstərmək, onların miskin və səfil həyatını əks etdirmək
  • Günəş Məmmədovaje citiraoprije 3 godine
    Kiçik yaşlarından kimsəsiz qalan Oliver yad adamların qapılarını dolaşaraq sonda Londona gəlib çıxır. Təsadüf onu azyaşlı cinayətkarlardan ibarət bir dəstəyə gətirir. Həyatın dibindəki bu amansız mühitdə Oliver hər cür sınaqlardan keçməli olur. Saysız-hesabsız macəralar sonda yeniyetməni xeyirxah insanlarla üzləşdirir.

    Çarlz Dikkensin “Oliver Tvistin macəraları” kitabı müəllifin sosial romanlarından biridir. O, ədalətli olaraq dünya ədəbiyyatının şedevrləri siyahısına daxil edilib
  • Ирина Осипенкоje citiralaprije 4 godine
    Mən sənə deyəndə ki, hər hansı bir işi etmək meylində deyiləm, mənim bu cavabım niyəsiz və nə üçünsüz kifayətdir, artıq sözə ehtiyac yoxdur, – mister Kleypol özünəməxsus bir ləyaqətlə cavab verdi.
  • Anton Persson Beskowje citiraoprije 4 godine
    Bir şəhərdə, yaxşı olar ki, bir çox səbəblərə görə, heç adını çəkməyək və mən özüm də ona heç bir uydurma ad verməyəcəyəm, ictimai binaların arasında, böyük və kiçik şəhərlərin, demək olar ki, hamısında çoxdan bəri təsadüf olunan bir bina var, bura – yurdsuzlar evidir6. Adı həmin bu birinci fəslin əvvəlində çəkilən adam da bu yurdsuzlar evində doğulmuşdur, – mən daha burada onun hansı tarixdə, hansı gündə doğulduğunu göstərmək üçün özümə əziyyət vermirəm, çünki oxucu üçün, özü də əhvalatın hələ bu başlanğıc mərhələsində, bunların heç bir əhəmiyyəti yoxdur.

    Məhəllə həkimi uşağı tutub bu ələm və kədər dünyasına varid edəndə, uşağın, ümumiyyətlə, sağ qalıb-qalmayacağı uzun müddət şübhəli görünürdü, heç ağla batmırdı ki, yaşaya bilər və ona da bir ad tapıb qoyarlar; əgər uşaq o yanlıq olsaydı, yəqin ki, onun haqqında yazılmış bu xatirələr də heç bir zaman işıq üzü görməzdi, yox, əgər işıq üzü görsəydi də, iki-üç səhifədən çox olmazdı və elə bu gözəl keyfiyyətinə görə də hər hansı bir əsrin və ölkənin ədəbiyyatında mövcud olan bütün tərcümeyi-halların hamısından daha qısa və həqiqi bir tərcümeyi-hal nümunəsi olardı (Məhəllə həkimi7).
  • Qəzənfər Talıbovje citiraoprije 6 godina
    Bu təsadüflərin hər birində bədbəxt uşaq o biri dünyaya yola düşürdü ki, bu dünyada görüb tanımadığı ulu babaları ilə heç olmazsa orada görüşsün, onların yanında qalsın.
  • Gunay Kamil Qizije citiralaprije 9 godina
    O, birbaşa irəli gedirdi. Lakin şəhər arxada və kimsəsiz, qaranlıq yolda özü tək qalanda hiss etdi ki, qorxu və dəhşət onu sarır, varlığının ən dərin guşələrinə nüfuz edib onu sarsıdır. Qabaq tərəfdə olan hər
  • Gunay Kamil Qizije citiralaprije 9 godina
    Yaxşı oğlandır, Çarli... çox fəndlə görülmüş işdir... – o öz-özünə deyirdi. – Oliver də yaxşıdır... Ha! Ha! Ha!.. Oliver də... O indi lap centlmen olub... centlmendir... aparın o uşağı
  • Gunay Kamil Qizije citiralaprije 9 godina
    İşıq verin, işıq!
  • Gunay Kamil Qizije citiralaprije 9 godina
    nitqi bərpa elədi. Nə qədər ki ölməyib, boğazından asılı qalsın – hökm belə idi. Bəli, ölənə qədər boğazından asılı qalmalıdır.
  • Gunay Kamil Qizije citiralaprije 9 godina
    onda olub-olmadığını öyrənmək lazım idi; bu əməliyyat qurtarandan sonra onu məhkumlar üçün olan dustaq otaqlarından birinə saldılar, orada təkcə qaldı.
fb2epub
Povucite i ispustite datoteke (ne više od 5 odjednom)