ki, əl izlərini aşkar edə bilməyək. Bundan belə çıxır ki, başqa yerlərdə də onun əl izlərini axtarmağa dəyməz. O çox güman ki, heç yerdə əl izi qoymayıb. Yad qonaq kimdirsə, yeməyini də yarımçıq yeyib. Düşünülmüş şəkildə cinayət törətməyə gəldiyi üçün həyəcanlı olub, boğazından yemək keçməyib. Araqdan isə təxminən 300 qram içilib. Aqşin, yoxlayarsan görək mərhum özü nə qədər içib? – Cinayət Axtarış Bölməsinin rəhbəri bir qədər ara verib yenə danışmağa başladı: – Mənim maşında dediyim fikir təsdiq olunur. Qatil puldan ötrü gəlibmiş. Bunlar burada yemək yeyəndə qadın