az
Stiven Kinq

11/22/63

Obavijesti me kada knjiga bude uvrštena
Da biste čitali ovu knjigu u Bookmate učitajte datoteku EPUB ili FB2. Kako mogu učitati knjigu?
Con Kennedinin Dallasda qətlə yetirilməsindən haradasa, təxminən yarım əsr keçir. Ancaq iki məsələ hələ də açıq qalır: həqiqətən tətiyi çəkən Li Osvald idimi; əgər o idisə, o, təkbaşına hərəkət etmişdimi? “11/22/63” romanında yazdığım heç nə bu suallara cavab vermir. Çünki təxəyyülün məhsulu olan bu səyahət zaman daxilində maraqlıdır. Əgər siz də mənim kimi, bu sualların cavabsız qalmasında hələ də maraqlısınızsa, düşünürəm ki, sizə iki sözdən ibarət qənaətbəxş cavab verə bilərəm: Karen Karlin. Bu yalnız tarixə haşiyə deyil, bu, haşiyəyə haşiyədir. Amma yenə də…
Ova knjiga je trenutno nedostupna
990 tiskanih stranica
Vlasnik autorskih prava
Qanun Nəşriyyatı
Jeste li već pročitali? Kakvo je vaše mišljenje?
👍👎

Dojmovi

  • drnasasteinje podijelio/la dojamprije 2 godine
    👍Vrijedna čitanja

    Məsləhət görərdim ki, "Son Söz" bölməsini oxumamışdan əvvəl əsərin finalındakı hislərdən dərin zövq alasınız. Artan maraqla yazılmış süjet xəttidir.

  • Anastasiya Kotje podijelio/la dojamprije 6 godina
    👍Vrijedna čitanja
    💡Poučna

    Тяжелое начало и захватывающий конец книги. Главное, не бросить читать на первых 100 страницах.

  • ekaterinaandreevna0je podijelio/la dojamprije 7 godina
    💡Poučna
    💞Romantična
    🚀Čita se u jednom dahu

    Очень интересная, занимательная книга. Советую к прочтению тем, кто любит фантастику и элементы романтики.

Citati

  • b8244012260je citiralaprije 5 godina
    Sevənlər üçün çopur – yanaqdakı qəmzədir.
    – Yapon atalar sözü
  • Nurlan Süleymanovje citiraoprije 8 godina
    Biz həmişə zərərli adətlərimizə bəraət qazandırırıq, elə deyilmi?
  • b0497577606je citiraoprije 9 godina
    12

    Evin birinci mərtəbəsində kirayənişinlərin yaşadığı ortaya çıxarsa, atacağım addımı düşünərək, mən bütün şəhəri keçməklə Vest Nili küçəsinə sürdüm (yavaş sürətlə, amma çox böyük inamla). Belə olduqda, yəqin ki, yeni silah almaq lazım gələcəkdi... amma mən 38 kalibrli “Polis Speyşl”-ı istəyirdim, çünki bir dəfə Derridə məhz ondan istifadə etmişdim və uğurlu alınmışdı.
    “Bu gün” radio xəbər buraxılışının aparıcısı Frenk Bleyrə görə Kennedi Mayamiyə getmiş, böyük kubalı kütlə tərəfindən alqışlanmışdı. Bəziləri əllərində “YAŞASIN CON F. KENNEDİ”, digərləri isə “KENNEDİ BİZİM İDEYALARI SATDI” sözləri yazılmış plakatlar tutmuşdu. Əgər bir şey baş verməzsə, onun yetmiş iki saat ömrü qalıb. Osvald – bir az çox yaşayacaq – indi dərslik anbarındadır, ola bilsin ki, kitab doldurulmuş qutuları yük liftlərindən birinə yükləyir, bəlkə də istirahət otağında qəhvə içirdi.

    Mən onun “işinə” elə orada da baxa bilərdim – sadəcə ona yaxınlaşa və güllələməklə – ancaq tutulub, qandallanmaq halı da istisna edilmir. Əgər işimdə uğurlu olaramsa, bu hal atəşdən sonra ola bilər. Əgər uğursuzluq olarsa, onda atəşdən əvvəl. Istənilən halda Seydi Danhilli növbəti dəfə dəmir barmaqlıqlarla möhkəmləndirilmiş şüşə arxasından görməli olardım. Əgər Osvaldı dayandırmaq üçün həyatımı vermək lazım gələrsə – qəhrəmanların dilincə desək özümü qurban vermək lazım olarsa – düşünürəm ki, bunu edə bilərdim. Ancaq mən belə olmasını heç istəmirəm. Seydinin və sevimli tortumun da yanımda olmasını istəyirəm.
    Vest Nili küçəsindəki 214 saylı evin qarşısındakı yaşıllıqda barbekyu manqalı, eyvanda yeni yelləncək kreslo vardı, amma pəncərənin pərdəsi çəkilmişdi, həyətə gedən yolda maşın görmədim. Maşınımı səkidə saxladım, “risk etməyən şampan içmir” deyib, pillələri qalxdım. On apreldə Marinanın durduğu yerdə dayandım, o, qapını döyən formada mən də döydüm. Qapını açan olarsa, “Ensiklopediya Britannika”nın yayıcısı Frenk Anderson kimi təqdim edərəm (“Grit” qəzeti üçün olduqca yaşlı idim). Evin xanımı maraq göstərərsə, sabah nümunə ilə gələcəyimi vəd edərəm.
    Heç kim səs vermədi. Bəlkə mənzilin bu xanımı da işləyir. Bəlkə aşağıya – qonşuya enib. Bəlkə o, bu yaxınlara kimi mənə məxsus olan və içəndən sonra yatdığım yataq otağındadır. Belə halda Keçmişin Dünyasında dediyimiz kimi bunun mənim üçün isti-soyuğu yoxdur. Məkanda sakitlik idi, əsas məsələ bu idi, səkidə də boşluq idi. Hətta qonşu gözətçinin gəzinti qoltuğu ilə silahlanmış xanım Alberta Hitçinson da gözə dəymirdi.
    Eyvandan yanaşı və axsayaraq endim, cığıra tərəf getdim, sanki bir şeyi unutmuş kimi döndüm və pillələrin altına baxdım. 38 kalibrli tapançam orada idi, yarı yarpaqla örtülmüşdü, yalnız qısa lüləsi görünürdü. Sağlam dizim üstə əyildim, onu təmizlədim və idman paltomun yan cibinə soxdum. Ətrafa baxdım, heç kimin baxmadığını dəqiqləşdirdim. Axsaya-axsaya maşınıma tərəf getdim, silahı əl yerinə qoydum və sürüb, oradan aralandım.

Na policama za knjige

fb2epub
Povucite i ispustite datoteke (ne više od 5 odjednom)