az
Mustafa Kutlu

Uzun hekayə

Obavijesti me kada knjiga bude uvrštena
Da biste čitali ovu knjigu u Bookmate učitajte datoteku EPUB ili FB2. Kako mogu učitati knjigu?
Hamımızın mütləq və mütləq bir uzun hekayəsi var. Üstəlik, bəzi oxşarlıqları nəzərə almasaq, bütün uzun hekayələr özünəməxsusdur. Yazarlar və şairlər adətən yazılarında başqalarının həyatından bəhs edirmişlər kimi görünməyə çalışsalar da, əsərlərinin içində mütləq özləri də var. Mustafa Kutlu da “Uzun Hekayə”də öz uzun hekayəsindən bəhs edib. “Uzun hekayə” yazarın uşaqlıq və gənclik illərinə işıq tutan bir avtobioqrafik roman olmağa da namizəddir.
“Uzun Hekayə”, 1940-cı illərdə balaca uşaqkən babasıyla Bolqarıstandan köçərək Eyüpdə yaşamağa başlayan Bolqarıstan mühaciri Əlidən və onun oğlundan bəhs edir. Hekayə, 1950-ci illərdə Bolqar Əlinin dəliqanlı vaxtlarında Münirə adlı qızla bir-birlərinə aşiq olub qaçmaqları ilə başlayır.
1960-ci illərdən 1970-ci illərin sonuna qədər davam edən dəmir yolları boyunca və qəsəbə-qəsəbə dolanan “Uzun Hekayə”; bəzən hüzünlü, bəzən sevincli və coşğulu, bəzən həyəcanlı və romantik yüklü bir macəradan bəhs edir.
Ova knjiga je trenutno nedostupna
82 tiskane stranice
Vlasnik autorskih prava
Qanun Nəşriyyatı
Jeste li već pročitali? Kakvo je vaše mišljenje?
👍👎

Dojmovi

  • Hümbətova ülkərje podijelio/la dojamprije 7 godina

    Hər kəsin bir uzun hekayəsi var.... yazdıqlarımız yaza bilmədiklərimizin bir neçə faizi sadəcə. Ama yenədə yazmaq insanı rahatladar... mükəmməl bir kitab deyə bilməyəcəm ama yeni şeylər öyrənmədim də deyə bilmərəm... 😊

  • Bahlul Valiyevje podijelio/la dojamprije 7 godina
    👍Vrijedna čitanja
    🙈Ne drži pažnju
    💞Romantična

    Sona qədər hüznlə oxuduğum bir kitab oldu. Bəzi yerlərdə güldürdü, bəzi yerlərdə kədərləndirdi. Və uzun hekayənin başladığı nöqtədə bitməsi. Həqiqətən qəribədi, hər birimizin bir uzun hekayəsi ya var, yada ki olacaq.

  • Nuranə Əkbərovaje podijelio/la dojamprije 7 godina
    💤Dosadno!

    Dərin, cəlbedici deyil. Tərcüməsi çox pisdi. Hərfi tərcümə olunub. Azərbaycan dilinin qrammatik norması qətiyyən gözlənilməyib. Bu da oxuyanda çətinlik yaradır. Bəyənmədim

Citati

  • Hümbətova ülkərje citiraoprije 7 godina
    Ancaq həyat dediyin nədir ki? Anlaşılmaz sirr. Qurduğumuz nizam-intizam həmişə də davam ­edəsidi, biz belə düşünürük. Birdən ip qopar, işıq sönər, hər şey darmadağın olar
  • şəms.je citiralaprije 5 godina
    “Partiya” kəlməsi isə bizə fransız dilindən keçib. Dilimizdə bir neçə mənası var.
    Parça, bölüm. Məsəlçün “bir partiya mal gəldi” deyirik.
    Bir siyasi ideologiya ətrafında birləşən təşkilat, ya firqə də eyni sözlə ifadə olunur.
    Əyləncə yığıncaqları. Bax bu əladır. Çünki bizimkilər “Kokteyl partisi” və ya “ov partisi” kimi yığıncaqları əyləncə halına salıblar.
    Bir əl oynanan oyuna da “partiya” deyirik. Məsəlçün “bir partiya nərd” kimi.
    Havayı mal əldə etmək, başqasını özəlləşdirmək. “Partiyanı vurmaq” deyimi böyük qazanc əldə etmək anlamına gəlir. “Partiyanı əldən çıxartmaq” isə əldə olunan qazancı, ya bir vəzifəni haqsızlığa uğrayaraq əldən çıxartmaq mənasında işlənir.
  • şəms.je citiralaprije 5 godina
    Xalq arasında “part” deyə bir kəlmə var. Mənasını bilənlər bunun qarın, göbək, mədə-bağırsaq anlamına gəldiyindən xəbərdardır.
    Həmçinin tarixdə Skiflərlə qonşuluqda yaşayan köçəri həyat sürən Mesopotamiyaya, İrana qədər gedib çıxmış “Partlar” adında bir xalq da varmış, bilənlər bunu yaxşı bilir. İran əfsanələrində igid, döyüşkən, əsilzadə kimi haqqında bəhs olunan Partlar zaman keçdikcə Yunanların təsirinə məruz qalıb, tikdikləri saraylarda əxlaqsız həyat keçirməyə başlayırlar. Əlbəttə ki, xalq bu rəzilliyə qarşı etiraz edir və axırda Sasanilər iqtidarı ələ alaraq Partların hakimiyyətinə son qoyur.

Na policama za knjige

fb2epub
Povucite i ispustite datoteke (ne više od 5 odjednom)