az
Erix Maria Remark

Üç yoldaş

Obavijesti me kada knjiga bude uvrštena
Da biste čitali ovu knjigu u Bookmate učitajte datoteku EPUB ili FB2. Kako mogu učitati knjigu?
Böyük alman yazıçısı Erix Mariya Remarkın ötən əsrin 30-cu illərində qələmə aldığı “Üç yoldaş” əsərini sevgi haqqında ən gözəl, dostluq haqqında ən maraqlı, insan münasibətləri haqqında isə ən faciəli roman adlandırırlar. Roman yazıçının, demək olar ki, yaradıcılığından qırmızı xətt kimi keçən müharibənin insan həyatına və psixologiyasına vurduğu dəhşətli yaralardan bəhs edir. Əgər ədibin bundan əvvəl yazdığı “Qərb cəbhəsində yenilik yoxdur” romanında səngərlərdə vuruşan, həyatlarını, fiziki sağlamlıqlarını itirən yeniyetmələrin faciələri əks olunmuşdusa, “Üç yoldaş”da davadan sağ çıxmış, yeni, dinc həyata başlayan gənclərin cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir. Adətən itirilmiş nəsil adlandırılan bu nəslin prob­lemlərinə, psixologiyasına Remark çox yaxşı bələd idi. Çünki qəh­rə­man­ları kimi o özü də I Dünya müharibəsinin dəhşətlərindən keçmiş, mü­ha­ribədən sonra həmin problemləri yaşamış, üstəlik, faşizm isterikası döv­ründə ciddi təqiblərlə üzləşmişdi. Bəlkə də sadə təhkiyə tərzinə rəğmən, per­sonajlarının ən dərin psixoloji qatlarına varmaq, onlarla cəmiyyət arasın­dakı münasibətlər sistemində yaranmış uçurumu real, təsirli boyalarla təsvir etməkdə istedadıyla yanaşı məhz bu amil də yazıçıya yaxından kömək etmişdi.
Ova knjiga je trenutno nedostupna
483 tiskane stranice
Vlasnik autorskih prava
Qanun Nəşriyyatı
Jeste li već pročitali? Kakvo je vaše mišljenje?
👍👎

Dojmovi

  • Naz Rzadeh 🇦🇿⚜je podijelio/la dojamprije 7 godina
    👍Vrijedna čitanja
    🔮Složena
    💡Poučna
    🎯Zdrav
    💧Romantično

    Remarkdan oxuduğum ikinci kitabdır. İlk oxuduğum eser kimi( Zefer Tağı) bu eser de xoşuma geldi. Müharibe yazarı kimi qiymetlendirilen Remark bu eserde tekce dostluğun deyil, esl sevginin de deyerini son derecede aydın ifade edir. Nedense bu yazar sevgileri nakam qoyur ve sonda qadınları ölüme mehkum edir. Göz yaşları ile oxudum bu eseri de(Zefer Tağı kimi). Sedaqet,dostluq, sevgi kimi gözel insani elaqeler mükemmel şekilde insanlara aşılanır. Çox sade dilde yazılıb.

  • Emil Azizovje podijelio/la dojamprije 7 godina

    Erix Maria Remarkdan oxuduğum ikinci kitabdır. Ötən əsrin 30-cu illərində qələmə aldığı ‘Üç yoldaş’ əsərini sevgi haqqında ən gözəl, dostluq haqqında ən maraqlı, insan münasibətləri haqqında isə ən faciəli roman adlandırırlar. Roman yazıçının, demək olar ki, yaradıcılığından qırmızı xətt kimi keçən müharibənin insan həyatına və psixologiyasına vurduğu dəhşətli yaralardan bəhs edir. Əsərdə hadisələr müharibədən sağ çıxmış üç yoldaşdan Robert Lokamp (Robbi), Otto Kester və Qottfild Lens-dir. Sadəcə yaşamaq üçün çalışan bu üç dostun həyatına girən Patrisiya Holman (Pat) ilk başda Robertin olmaqla, digərlərinin də həyatına artıq daha böyük bir anlam qatmağa başlayır. Müxtəlif zümrələrin nümayəndələri və müxtəlif talelərə malik olmalarına barxamayraq, Robbi və Pat bir-birinə aşıq olurlar. Romanda onların məhəbbətinin inkişafı, həmin illərin böhranının fonunda təsvir edilir.

  • Yaqub Badallije podijelio/la dojamprije 8 godina
    👍Vrijedna čitanja
    🎯Zdrav
    💞Romantična
    🚀Čita se u jednom dahu

    Sevgiyə, dostluğa yazılmış ən gözəl əsərlərdən biridir.

Citati

  • Kamran Əliyevje citiraoprije 7 godina
    Məhəbbət insanın içində doğulur və heç vaxt bitmir. Lap elə hər şey: insan, sevgi, xoşbəxtlik, həyat nə qədər mükəmməl olsa da, həmişə nəsə çatmır, nəsə az olur və insan ən çox o az olanın arxasınca düşməyi sevir.
  • M.Vəlizadəje citiraoprije 6 godina
    – Əgər yaşamaq istəyirsənsə, demək, nəsə bir bəhanən var, demək, sevirsən. Bu həm çətindir, həm asan. Özün fikirləş, mən onsuz da bir gün öləcəyəm. Ancaq indi taleyimə minnətdaram ki, sən varsan. Mən tənhalıqda qalıb bədbəxt də ola bilərdim. O vaxt mən məmnuniyyətlə ölərdim. İndisə mənə çətindir. İndisə mən arı balla dolduğu kimi sevgiylə dolmuşam və hər gecə bal kimi şirin sevgimi pətəyimə daşıyıram. Əgər mənə ikisindən birini seçməyi təklif etsəydilər, mən düşünmədən yenə bunu seçərdim.
  • Su zanbağı.je citiralaprije 5 godina
    Məhəbbət möcüzədir. Amma sonunda iki nəfərdən biri üçün həmişə darıxdırıcı olur. O birisə heçnəsiz qalır yolun ortasında... donub-qalır və nəyi gözlədiyini də bilmir. Amma dəlilər kimi gözləyir, gözləyir...

Na policama za knjige

fb2epub
Povucite i ispustite datoteke (ne više od 5 odjednom)