bookmate game

Bazarinq - Azərbaycansayağı marketinq

Samir Karimov
8Knjiga124Pratitelja
Bu rəfin yaradılma məqsədi Azərbaycan gənclərinə həqiqi marketinqi hansı kitablardan öyrənməyi göstərməkdir. Sizin üçün maksimal faydalı və praktik kitabları seçmişəm. Bazarinqlə məşğul olmayın, marketinqi öyrənin!
    Samir Karimovje dodao knjigu na policu za knjigeBazarinq - Azərbaycansayağı marketinqprije 8 godina
    Orijinal adı "Winning without losing" (yeri gəlmişkən rus versiyası fikrimcə kitabı daha dəqiqdir təsvir edir) Biznes sahibləri, şirkət menecerləri (ixtisasdan asılı olmayaraq) və öz şəxsi inkifaşı üçün daim çalışan bütün şəxslərə bu kitabı tövsiyyə edirəm. Bu kitabda vaxtımızın daha səmərəli və effektiv sərf etməsi üçün 65 super (bir neçəsini çıxmaq şərtiylə) məsləhət verilir. Hər məsləhət məşhur biznesmenlərin misalında göstərilib.
    Samir Karimovje dodao knjigu na policu za knjigeBazarinq - Azərbaycansayağı marketinqprije 8 godina
    Çox nadir hallada mən "Манн, Иванов и Фербер" nəşriyyatından çıxmayan kitabları oxuyuram. Lakin, bu dəfə Qay Kavasakinin startaplar haqqında məşhur kitabının ikinci nəşrindən yaz keçə bilmədim. Çox maraqlı kitabdır: biznesin (startapın) bütün başlanğıc mərhələlirdən bəhs edilir. Bütün gənc təşəbbüskarlara, öz biznesini qurmaq istəyənlərə və ya sadəcə marketinq, biznes və İT sahələri ilə maraqlananlara bu kitabı oxumağı tövsiyyə edirəm.
    Samir Karimovje dodao knjigu na policu za knjigeBazarinq - Azərbaycansayağı marketinqprije 9 godina
    Marketinq qurusu olan Set Qodin "Фиолетовая корова" (Bənövşəyi inək) kitabında qeyri-adi və seçilən biznesə sahib olma misallarını gətirir. Bu ideya ona Alp çəmənliklərində ağ-qara inəklərə baxanda gəlmişdir. Bu kitab həm yeni başlayan marketoloqlar üçün, həm də artıq peşəkarlar üçün faydalı ola bilər.
    Samir Karimovje dodao knjigu na policu za knjigeBazarinq - Azərbaycansayağı marketinqprije 9 godina
    Çoxlarımız uşaqlıqdan şəxsi biznesi açmağı arzulayır. Lakin, kifayət qədər cəsarət, özünə inam, vəsait olmadığından biz bunu etmirik. REWORK kitabında Siz böyük məbləğ tələb etməyən qeyri-adi kiçik biznes sahibi olmaq sirlərini öyrənəcəksiniz
    Samir Karimovje dodao knjigu na policu za knjigeBazarinq - Azərbaycansayağı marketinqprije 9 godina
    Qərbdə və Rusiyada özünə hörmət edən hər bir şirkət öz korporativ bloqu var. İndiki dövrdə kontent-marketinqlə məşğul olmayan şirkət öz saytına müştəriləri cəlb edə bilməz. Müştərini cəlb edə bilməyən şirkət, satışları həyata keçirə bilmir. Qapalı dayirə. Müştərilə cəlb edən kontenti, satan mətnləri, düzgün emailları yazmağı haqqında Denis Kaplunovun "Контент, маркетинг и рок-н-ролл" kitabında oxuya bilərsiz. Tövsiyyə edirəm!
    Samir Karimovje dodao knjigu na policu za knjigeBazarinq - Azərbaycansayağı marketinqprije 9 godina
    Marketinqi öyrənmək üçün marketinq ixtisası üzrə oxumağa ehtiyac yoxdur. Bunu Con Yanç öz "Маркетинг без диплома" (Diplomsuz marketinq) kitabında sübut edir. Əsl praktik marketinqi öyrənmək istəyirsinizsə, onda mütləq bu kitabı oxuyun
    Samir Karimovje dodao knjigu na policu za knjigeBazarinq - Azərbaycansayağı marketinqprije 9 godina
    Hamımız günümüzün əksər hissəsini sosial şəbəkələrində keçiririk. Lakin, sosial media təkcə vaxtımızı öldürməyə yox, həmçinin də gəlir və yeni müştəriləri əldə etməyə böyük imkanlar yaradır. Sosial Media Marketinqi (SMM) müasir marketinqin ən effektiv qollarındadır. SMM ilə maraqlanan və yeni tanış olanlara Dəmir Xəlilovun "Маркетинг в социальных сетях" (Sosial şəbəkələrdə marketinq) kitabını oxumağı məsləhət görürəm. Bu kitabda Siz müştəri ilə kommunikasiya, sosial şəbəkələrdə brendinizin tanıtım və digər bilikləri əldə edəcəksiniz
    Samir Karimovje dodao knjigu na policu za knjigeBazarinq - Azərbaycansayağı marketinqprije 9 godina
    İqon Mann Rusiyanın marketinq sahəsinin qurularındadır. Əslində, marketinqi öyrənmək istəyənlər onun bütün kitablarını oxumağını tövsiyyə edirəm. Lakin, burada mən sırf bu kitabı seçmişəm. "Маркетинг без бюджета" və ya "Büdcəsiz marketinq" Sizə 50 işlək alətini təqdim edir. Hər bir alətin təsviri çox sadə və rahat başa düşülən formada izah olunub. Bütün alətlər pulsuzdur (və ya çox az vəsait tələb edənlərdir) və real praktikada çox tez tətbiq olunurlar. Odur ki, oxuyun, həzz alın və ən əsası istifadə edin
fb2epub
Povucite i ispustite datoteke (ne više od 5 odjednom)